Vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olması müəyyən edilən zaman təqdim edilən malların, xidmətlərin dəyərinin ƏDV-si illik gəlirə aid edilirmi?

blog
  • mikro sahibkar

Təcrübədə tez-tez rastlaşırıq ki, bəzi vergi ödəyiciləri var ki, onlar ƏDV ödəyicisidirlər və illik gəlirləri 200 min manatdan aşağıdır. Lakin təqdim edilən malların, xidmətlərin dəyəri ƏDV daxil 200 min manatdan yuxarıdır. Belə olan təqdirdə həmin vergi ödəyicisi mikro sahibkarlıq subyektidirmi? Habelə Vergi Məcəlləsinə əsasən 75% gəlir və mənfəət vergisi üzrə güzəşti varmı?

Məsələn ƏDV ödəyicisi olan vergi ödəyicisinin il ərzində təqdim edilən malların, xidmətlərin dəyəri əsas məbləğ üzrə 180000.00 manat, ƏDV məbləği isə 32400.00 manatdır və ƏDV daxil cəmi dövriyyəsi 212400.00 manatdır.

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən sahibkarlıq subyektinin meyarı müəyyən edilərkən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Nəzərinizə çatdıraq ki, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır. Yəni yuxarıda qeyd olunmuş misala əsasən baxmayaraq ki, təqdim edilən malların, xidmətlərin dəyəri ƏDV daxil 212400.00 manatdır, lakin illik gəlir olaraq 180000.00 manat əsas götürülür. Belə olan təqdirdə həmin vergi ödəyicisi mikro sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrinin digər tələbləri də nəzərə alınmaqla gəlir və mənfəət vergisi üzrə 75% güzəştdən istifadə edə bilərlər.

  • low investment
  • 24/7 customer support
  • over view on service
  • life time membership

Yaranacaq suallarla bağlı bizə zəng edin.