Hansı halda 30 min manatdan artıq nağd qaydada ödəniş edə bilərik?

20-11-2024

265

hansi-halda-30-min-manatdan-artiq-nagd-qaydada-odenis-ede-bilerik

2025-ci ildən "Nağdsız hesablaşmalar haqqında" Qanuna nəzərdə tutulmuş dəyişikliyə əsasən ƏDV ödəyiciləri və dövriyyəsindən 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-indən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-i otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2%-i əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Məsələn, ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların dəyəri ƏDV daxil
2 milyon manat olmuşdur. Bildiyimiz kimi cari qanunvericiliyə əsasən ƏDV ödəyiciləri ay ərzində 30 min manatdan artıq nağd ödənişləri edə bilməzlər. Nəzərədə tutulan dəyişiklikdən sonra ƏDV ödəyicisi cari ayda 40 min manat(2 milyon*2%) məbləğində nağd qaydada ödənişləri həyata keçirə bilər. 40 min manatdan artıq hissəni nağdsız qaydada həyata keçirməlidir. Əgər ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların, xidmətlərin dəyəri ƏDV daxil 5 milyon manat olmuşdursa, bu zaman baxmayaraq ki, 5 milyon manatın 2%-i 100 min manatdır, lakin nəzərdə tutulan qanunvericiliyə əsasən cari ayda ancaq 50 min manata qədər nağd qaydada ödənişlərini edə bilər.

Digər xəbərlər

Hamısına bax

Yaranacaq suallarla bağlı bizə zəng edin.