Art;q bəzi hallar istisna olmaqla idxal olunmuş mallar barədə vergi orqanına məlumat verilməyəcək.

22-11-2024

392

artiq-bezi-hallar-istisna-olmaqla-idxal-olunmus-mallar-barede-vergi-orqanina-melumat-verilmeyecek

2025-ci ildən Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişikliyə əsasən idxal edilmiş malları öz anbarına boşaldan vergi ödəyiciləri bu barədə vergi orqanına məlumat verməyəcək. Məlumat üçün qeyd edək ki, qüvvədə olan cari qanunvericiliyə əsasən bir neçə təsərrüfat subyekti olan vergi ödəyiciləri idxal etdikləri mallar və onların boşaldılacağı yer barədə vergi orqanına məlumat verməlidirlər. Əks təqdirdə invoys dəyərinin 5%-i miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər. Nəzərdə tutulan dəyişiklikdən sonra isə idxal edilmiş malları gömrük orqanlarından birbaşa müştərisinə çatdırdıqda və yaxud bağlanmış saxlanc, anbar müqaviləsinə əsasən isə idxal olunmuş malları saxlanc, anbar xidmətləri göstərən şəxsin anbarına boşaltdıqda bu barədə məlumat vermək məcburiyyəti olacaqdır. 

Digər xəbərlər

Hamısına bax

Yaranacaq suallarla bağlı bizə zəng edin.