22-11-2024
496
Belə ki, mağazanı icarəyə verən ticarət mərkəzi icarə müqaviləsi bağlandıqdan sonra mütləq icarəyə götürəndən tələb etməlidir ki, icarəyə götürən həmin təsərrüfat subyektini vergi orqanından qeydiyyatdan keçirsin və obyekt kodu alsın. Obyekt kodu olmadan baxmayaraq ki, aralarında müqavilə var, ticarət mərkəzi icarəyə götürənə həmin obyektdə fəaliyyət göstərməyə imkan yaratmamalıdır. Əks halda ticarət mərkəzi təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Ancaq icarəyə götürən obyekti uçota aldıqdan sonra icarəyə götürdüyü yerdə fəaliyyətə başlaya bilər. Habelə icarəyə götürən şəxs borcludur ki, obyektin uçotu arayışını mağazanın girişində əks etdirsin. Ən sonda ticarət mərkəzləri hər rüb başa çatdıqdan sonra icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə vergi orqanına məlumat verməlidir.
İşgüzar adət üzrə vergi ödəyicisi ticarət mərkəzindən mağaza icarəyə götürdükdən sonra müəyyən müddət həmin mağazanın təmiri ilə məşğul olur və faktiki olaraq ticarət fəaliyyəti ilə məşğul olmur. Belə olan halda icarəyə götürdüyü obyektə kod almasa ticarət mərkəzi icarəyə götürənə təmirə başlamasına icazə verməlidirmi? Bir sözlə "fəaliyyət göstərilməsi" dedikdə faktiki ticarət, satış fəaliyyəti nəzərdə tutulur, yoxsa təmir dövrü də fəaliyyət göstərilməsi hesab edilir?
Bu sualın cavabını bir azdan paylaşacağıq.
Hamısına bax