2027-ci ildən Vergi Məcəlləsinə nəzərdə tutulmuş əlavə və dəyişiklik layihəsinə görə yaşayış və qeyri-yaşayış sahələrini kirayəyə(icarəyə) verən şəxslər öz kirayə(icarə) gəlirlərindən xərclərini çıxa biləcəklər

blog
  • #vergi #icarə #gəlirvergisi #vergiməcəlləsi #mühasibat #Azərbaycan #vergidəyişiklikləri

???? İcarə gəlirləri üzrə vergiyə cəlbetmədə yenilik!

Hazırda yaşayış və qeyri-yaşayış sahələrini vergi ödəyicilərinə icarəyə verən şəxslərin gəlirindən ödəmə mənbəyində müvafiq olaraq 10% və 14% vergi tutulur. Bu zaman amortizasiya, təmir, saxlama və digər xərclər gəlirdən çıxılmır.

✅ Nəzərdə tutulan dəyişikliklə icarəyə verənə seçim hüququ verilir:
1️⃣ Mövcud qaydada, xərclər nəzərə alınmadan, vergi ödəmə mənbəyində tutulsun;
2️⃣ Ya da xərclər gəlirdən çıxılsın və gəlir 20% dərəcə ilə özü tərəfindən bəyan edilsin.

???? Nümunə:
Dəyəri 500 000 ₼ olan qeyri-yaşayış sahəsi şirkətə aylıq 5 000 ₼-a icarəyə verilir.

???? Mövcud qayda: hər ay 700 ₼ (14%) vergi tutulur, illik vergi 8 400 ₼ olur.
???? Yeni seçim: illik gəlir 60 000 ₼, amortizasiya isə 35 000 ₼ (500 000 × 7%) təşkil edir. Vergiyə cəlb olunan gəlir 25 000 ₼, vergi isə 25 000 × 20% = 5 000 ₼ olur.

???? Nəticədə illik 3 400 ₼ qənaət əldə edilir.

⚠️ Vacib şərt: Bu metodu seçən icarəyə verən müvafiq icra hakimiyyəti orqanına və icarəyə götürənə məlumat verməlidir. Bu məlumat icarəyə götürəni ödəmə mənbəyində vergi tutmamağa görə məsuliyyətdən azad edir. Məlumat verildiyi aydan sonrakı aydan etibarən ödəmə mənbəyində vergi tutulmur.

  • low investment
  • 24/7 customer support
  • over view on service
  • life time membership

Yaranacaq suallarla bağlı bizə zəng edin.