Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə, ölkədə istehsal olunan malları və Məcəllənin 168.1.5-ci maddəsində göstərilən xidmətləri ixrac edən istehsalçılar 2027-ci il yanvarın 1-dən 5 il müddətinə mənfəət (gəlir) vergisi güzəştindən yararlana biləcək.
✅ Güzəşt necə hesablanır?
Mənfəətin ixracın ümumi dövriyyədəki payına mütənasib hissəsi vergidən azad edilir. Satışdankənar gəlirlər bu hesablamada nəzərə alınmır.
???? Nümunə 1:
???? Dövriyyə 1 000 000 ₼, bunun 100 000 ₼-ı ixracdır. İxracın payı 10% təşkil edir.
???? Mənfəət 400 000 ₼ olub.
???? Mövcud qaydada vergi 400 000 × 20% = 80 000 ₼ olur.
???? Yeni qaydada mənfəətin 40 000 ₼-ı (10%) vergidən azad olunur. Vergi (400 000 − 40 000) × 20% = 72 000 ₼ olur.
⚠️ Diqqət: güzəşt maksimum 25%-dir!
İxracın payı 25%-dən çox olsa belə, mənfəətin ən çoxu 25%-i vergidən azad edilir.
???? Nümunə 2:
???? Dövriyyə 800 000 ₼, bunun 300 000 ₼-ı ixrac edilən reklam xidmətləridir. İxracın payı 37,5% təşkil edir.
???? Mənfəət 200 000 ₼ olub.
???? 37,5% əsasında 75 000 ₼ yox, yalnız 200 000 × 25% = 50 000 ₼ vergidən azad olunur.