"Bizcon” şirkəti vergi, mühasibatlıq, audit, hr və maliyyə sahəsində xidmətlərin göstərilməsi və məsləhətlərin verilməsi üzrə peşəkar konsaltinqdir. AT/228 saylı İcazə ilə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan şirkət beynəlxalq və yerli kvalifikasiyalara, sertifikatlara malik 20 nəfərlik peşəkar heyəti ilə 10 ildən artıqdır bu sahədə fəaliyyət göstərir. Şirkət bank, sığorta, istehsal, ticarət, otel, səhiyyə, təhsil, idman, bina tikintisi, daşıma, kənd təsərrüfatı, dərman, restoran, dağ-mədən sənayesi, informasiya texnologiyası sahəsində məşğul olan şirkətlər də daxil olmaqla 200-dən artıq özəl və dövlət təşkilatlarına audit, mühasibatlıq və vergi sahəsində məsləhətlər verir və xidmətlər göstərir. Şirkətimiz müəssisələrdə uçotun bərpası və aparılması, vergi yoxlamalarına qədər müəssisənin mövcud vəziyyətinin analizi və yoxlamaya qədər vergi risklərinin minimallaşdırılması, vergi yoxlamalarında vergi ödəyicilərini təmsil etmək kimi xidmətlər göstərir. Dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində şirkətin peşəkar mütəxəssisləri ictimai iştirakçılıq üzrə Dövlət Vergi Xidmətinin eksperti kimi fəaliyyət göstərir və vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində öz layihələrini təqdim edir. Həmçinin şirkətin peşəkar mütəxəssisləri maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifədə çalışanların sertifikatlaşdırılması üzrə Peşəkar Mühasib Sertifikatı imtahanın həyata keçirilməsi, sualların hazırlanması, yoxlanılması üzrə Dövlət İmtahan Mərkəzi PHŞ ilə əməkdaşlıq edirlər.

Haqqımızda
Haqqımızda

Üstünlüklərimiz

Operativ münasibət

Operativ münasibət

Sifarişçi tərəfindən ünvanlanan müraciətə anında münasibət bildirirlir.

Peşəkar kollektiv

Peşəkar kollektiv

Şirkətin əməkdaşları ölkə xaricində və ölkə daxilində təhsil almış, beynəlxalq və yerli sertifikatlara malik 10 ildən artıq təcrübəli mütəxəssislərdir.

Vergi xərclərinizə nəzarət

Vergi xərclərinizə nəzarət

Düzgün uçot sayəsində vergi xərclərinizi azaldaraq maliyyə vəsaitinizə qənaət edilir və gələcəkdə baş verəcək vergi risklərinizi minimallaşdırırıq.

Problemlərin optimal həlli

Problemlərin optimal həlli

Müəssisənizdə vergi, mühasibatlıq, maliyyə, audit, HR və hüquqla bağlı baş verən problemləri qısa müddət ərzində, yüksək keyfiyyətlə həll edirik.

7/24 dəstək

7/24 dəstək

Günün istənilən vaxtı müştərilərimizə dəstək veririk.

Yaranacaq suallarla bağlı bizə zəng edin.